Preloader

Bizi izləyin

Blog

“Sosial məsafə” anlayışı tərcümədə necə təhrif oluna bilər?

“Sosial məsafə” anlayışı tərcümədə necə təhrif oluna bilər?

Dünyanın hər yerində hökumətlər COVİD-19 virusunun yayılmasını minimuma endirmək məqsədilə, mühüm məsləhətlərin əhaliyə hansı yollarla çatdırılması üzərində baş sındırırlar. 

11 milyon əhalisi olan Çinin Vuhan şəhərində COVİD-19 pandemiyasına insanlar ciddi yanaşsalar da, onlar arasında bu təhlükə ilə bağlı gülməli əhvalatlar da yayılmaqdadır. Belə əhvalatların biri bu böyük şəhərin dialektinin Mandarin Çin dilindən (Çində ən çox danışılan ləhcə) necə fərqləndiyini göstərir. Belə ki, Vuhan şəhərindən, hətta Vuhanın yerləşdiyi Hubey əyalətindən olmayan şəxs bu dialekti tam anlaya bilmir.

Çinin Ninqbo şəhərindəki Nottinqem Universitetində fəaliyyət göstərən linqvistika mütəxəssisi Lişen Cin hadisəni belə təsvir edir: COVİD-19 virusuna yoluxmuş şəxsləri müalicə etmək üçün bir həkim şəhərə gəlir və xəstələrdən simptomlar barədə soruşur. Dialektlər arasında olan fərqə görə xəstələrlə tam ünsiyyət qura bilməyən həkim onlara deyir: “Bu heç də təəccüblü deyil! Vuhanda təhsil səviyyəsi o qədər yüksəkdir ki, siz hamınız xarici dillərdə möhtəşəm danışa bilirsiniz!” Digərləri üçün bu hadisə anlaşılmaz olduğu halda, Vuhanda böyüyən Cin gülərək bildirir: “Bunu ancaq Vuhandan olanlar başa düşər”.

Bu hadisə hal-hazırda dünyada baş verənlərin bir nümunəsidir. Hal-hazırda dünyanın bir çox hissəsində insanlar COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün hökumətin tətbiq etdiyi karantin qaydalarına əməl etsə də, çox az sayda insan “evdə qalmağ”ın əsl əhəmiyyətini anlayır. Ümumilikdə, digər insanlarla ünsiyyətdə olmaqdan yayınmaq mənasını bildirən sosial məsafə anlayışı ictimai nəqliyyatdan istifadəni azaltmaqdan tutmuş Ümumdünya Səhiyyə Təşkilatının öskürən və asqıran insanlardan ən azı 1 metr aralı durmaqla bağlı tövsiyələri də daxil olmaqla özündə bir çox fikri birləşdirir.

“Sosial məsafə”, “Özünütəcrid” kimi ifadələrin müxtəlif dillərdə istifadə forması dünya ölkələrinin COVID-19 təhlükəsi ilə necə mübarizə apardıqlarını da göstərir. Məsələn, “sosial məsafə” sözünün Mandarin Çin dilində tərcüməsi olan “ju-li-yuan-dian” sözü Vuhan dialektində fərqli məna verərək “məsafə saxla” əvəzinə “uzağa göndər” fikrini ifadə edir. Cin bildirir ki, bu cür xırda dəyişikliklərlə Vuhan əhalisi öz dərdlərini ifadə edirlər. Florida əyalətində isə rəsmi şəxslər insanlara bir-birlərindən “bir alliqator” aralı dayanmağı bildirməklə təlimatları çatdırdırırlar.

Avropaya gəldikdə isə, yoluxma göstəricilərinə görə ilk 10-luqda olan İsveçdə hökumət pandemiyanın təsirlərinin azaldılması siyasəti kimi vətəndaşların özünümüdafiə prinsipini vurğulamaqla fərqli yanaşma irəli sürür. İsveçlilərin həmrəyliyə, fikir birliyinə əsaslanan xalq kimi tanınması bu mövzuda da özünü göstərir. İnsanlar sosial məsafə mənasını verən “socialt avstånd” sözündən istifadə etsələr də, “kütlə immuniteti” ifadə edən “flockimmunitet” sözü daha geniş yayılmışdır. Bu məsələdə inam (tillit) çox böyük rol oynayır. Hökumətin düzgün qərarlar verdiyinə inanan vətəndaşlar özlərinin şəxsi məsuliyyət (personligt ansvar) daşıdıqlarını düşünürlər. Nəticədə, bu, sözlərin mənasında da bəzi dəyişikliklərə gətirib çıxarır. Tövsiyə mənasını verən rekommendationer sözü artıq daha güclü təsirə malik olmağa başlayıb. Əvvəllər qaydalara riayət olunurdusa, indiki şəraitdə insanlar tövsiyələrə riayət edirlər.

Hazırda 20000-dən çox yoluxma halının qeydə alındığı Hindistanda ingilis dili də daxil olmaqla, 23 rəsmi dildən əlavə, ən azı 121 başqa dil və 10000-ə yaxın daşıyıcısı olan 270 dil də mövcuddur. “Sosial məsafə” birləşməsinin Hindistanda olan bir çox dillərdə tərcüməsi olsa da, bu sözlərin xalqa çatdırılması və insanların anlama dərəcəsi fərqlidir. İnsanların istifadə etdiyi “saamaji duurii” ifadəsi isə hərfi tərcümə təsiri bağışlayaraq Hindistan dillərində bir məna kəsb etmir. Bir çox insanlar bunun sonradan uydurulmuş söz olduğunu düşünür.

İnsanların sağlamlığı üçün karantinin vacib olduğu bir dövrdə Hindistanım Baş Naziri Narenda Modi ölkə ərazisində yalnız 4 saatlıq karantin rejimi elan olunmasına qərar vermişdi. Ölkə səviyyəsində təlimatlar yalnız ingilis və Hind dilində buraxıldığı üçün 1.3 milyard əhalinin hamısının bunları anlaması sual altındadır. Bundan əlavə, hökumətin dil seçimlərinin, əslində, siyasi məqsədlər daşıdığı da bildirilir. Belə ki, dövlət televiziya kanallarında ölkə ərazisindəki 201 milyon müsəlman əhalisi “xəstəliyi daha çox yayanlar” adlandırılır və “korona-cihad”dan danışılır. “Ümumilikdə isə, dövlət xəstəliyin gələcək təsirləri barədə heç bir bəyanat vermir. Sadəcə, bildirilir ki, xəstəliyə yoluxmayın. Əgər ancaq virusa yoluxmamaq barədə göstərişlər verilsə, bu, heç bir işə yaramayacaq. Deyilməli olan yoluxma zamanı hansı tədbirlərin görülməli olduğudur.”

Yaxın Şərqdə ərəb ölkələri də öz üsulları ilə karantin mənasını ifadə edən “ighlāq” ilə mübarizə aparırlar. Bu ərazilərdə mediada qarşısını alma mənasını verən iḥtiwāʾ kəlməsi də geniş istifadə olunur. Həmçinin nəzarət mənasını da özündə birləşdirən bu söz Yaxın Şərqdə Küveyt, Misir kimi ölkələrin COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün gördüyü tədbirləri hakimiyyətin gücü kimi əks elətdirir. İnsanlar düşünür ki, “bir şeyin qarşısını ala bilsəz, ona nəzarəti ələ almış olarsınız”. Həmçinin, koronavirus müddətini bildirən “il zaman el korona” ifadəsi də mövcuddur.

Bu dildə olan “Al-tabāʿud al-ijtimāʿī” ifadəsinin sırf “sosial məsafə saxlama” mənasında işlənilməsi bunun qarşılıqlı bir tədbir olmasına işarə edir. Bu göstərir ki, ərəb dilində də digərlərindən uzaq dayanmaq anlayışı fərdi deyil, ümumi məna kəsb edir. Tətbiq olunan bu qarşılıqlı özünütəcrid tədbirləri insanlar üçün öyrəşmədikləri və sıxıcı bir haldır. Sosial cəhətdən çox aktiv olan ərəblər üçün isə bu bir növ cəza kimidir.

Həvəskar tərcümə