Preloader

Bizi izləyin

Peşəkar Lokalizasiya Xidmətləri

Fikirlərinizi yerli səviyyədən çıxarıb dünya səviyyəsinə çatdırmağa çalışırsınız? “CETA Translations” dünya səviyyəli lokalizasiya xidmətlərini təqdim etməklə fikirlərinizi xarici auditoriyaya səmərəli şəkildə çatdırmağınıza kömək edəcək.

Effektiv Regional Ünsiyyət Üçün Tərcümədən Əlavə, Lokalizasiya Xidmətlərinin Göstərilməsi

Biznesinizin beynəlxalq səviyyədə inkişafı və genişlənməsi effektiv kütləvi informasiya vasitələrilə irəli çəkilməlidir. Yeni bazarlar açmaq üçün şirkətinizin çoxdilli veb sayta, eləcə də beynəlxalq reklam və satış kampaniyalarına ehtiyacı var. Təkcə tərcümə bu məzmunu şirkətinizin hədəf aldığı coğrafi bölgələrdə cəlbedici şəklə salmaq üçün kifayət etmir.

“CETA Translations” məhsulunuzun beynəlxalq səviyyədə təbliğindən ötrü kütləvi informasiya materiallarının məzmunu, görünüşü və funksionallığını əraziyə uyğunlaşdıracaq. Peşəkar lokalizasiya xidmətləri vasitəsilə sizə xarici bazarlarda daha çox potensial müştəri qazandıracaq. “CETA Translations”, ilk növbədə, məzmunun tərcüməsini həyata keçirmək üçün ana dilli tərcüməçilərdən istifadə edir. Daha sonra isəmedia rabitə mütəxəssisləri lokalizasiya prosesini həyata keçirirlər. Bütün linqvistik və mədəni fərqlər nəzərə alınır. Məzmunun orijinal niyyətinin dəyişdirilməyəcəyinə əmin ola bilərsiniz. Yaranan veb sayt, buklet və broşürlər sanki hədəf dildə yazılıbmış kimi oxunacaq. Çap və elektron media vasitələri ilə daha çox beynəlxalq müştərilər qazanmaqla qlobal satışlarınızı artırın. Məhsulunuzun dəyərini aşağı sala biləcək

 anlaşılmazlıqların qarşısını almaq üçün peşəkar lokalizasiya xidmətləri labüddür. Dünya səviyyəli lokalizasiya xidmətləri ilə “CETA Translations” xarici ölkələrdə markanızın möhkəm nüfuzu və etibarını formalaşdırmağa kömək edəcək.

Sorğu Göndər

Sürət

Müştəri tərəfindən tərcümə sifarişi təsdiq edildikdən sonra CETA Tərcümə Mərkəzi maksimum 30 dəqiqə ərzində sifarişin icrasına başlayır. Məmnuniyyətlə bildiririk ki, CETA Tərcümə Şirkəti sifarişlərinin 95%-i vaxtında təhvil verilmişdir.

Şəbəkə

Ştatlı və sərbəst tərcüməçilərdən ibarət böyük şəbəkəmiz bizə istənilən miqyasda tərcümə sifarişini vaxtında və keyfiyyətlə icra etməyə imkan verir.

Keyfiyyət

Tərcümə sifarişinizi tərcümə etməklə kifayətlənmir, onun tərcümə olunduğu dildə orijinal mətn kimi təbii səslənməsini təmin edirik. Məhz buna görə də müştərilərimizin 95%-i daimi müştərilərimizdir.

Sərfəli

Biz yüksək keyfiyyətli xidmətləri əlverişli qiymətlərlə təqdim edirik! Biz xidmətlərimizi təqdim etmək üçün düzgün və səmərəli planlaşdırmamıza güvənirik!

Məlumat Bazası Üzrə Lokalizasiya Xidmətləri

“CETA Translations” sizə digər multimedia məhsullarının lokallaşdırılması üçün peşəkarlığından yararlanmağı təklif edir. Şirkət smartfonlar, kompüter proqramları, video oyunlar, elektron tədris materialları, Qrafik İstifadəçi İnterfeysi və digər vasitələr üçün tətbiqlərin məzmunu və funksionallığını lokallaşdırır. Bir sıra beynəlxalq şirkətlər “CETA Translations” şirkətinin lokallaşdırma xidmətlərinə etibar edir.

Peşəkar lokalizasiya və möhkəm biznes strategiyası ilə gəlirlərinizin hüdudlarını genişləndirin. Lokallaşdırma layihələrinizi “CETA Translations” şirkətinə həvalə edin və biznesinizin qloballaşmasına təkan verin.

Sorğu Göndər