Preloader

Bizi izləyin

Alman-Azərbaycan Dili Tərcümə Xidmətləri

Alman dilindən yüksək keyfiyyətli tərcümələr əldə etmək üçün “CETA Translations” şirkətini sınayın.

Alman Dilinin Qlobal Konteksti

Alman dili dünyanın əsas dillərindən biridir. Dünyada təxminən 100 milyon insan tərəfindən ana dili kimi istifadə olunur. Doğma alman dilində danışanların əksəriyyəti Almaniya, Avstriya və İsveçrə kimi Mərkəzi Avropa ölkələrindəndir. Almandilli qrupların əhəmiyyətli hissəsi həmçinin İtaliya, Belçika, Lixtenşteyn, Lüksemburq və Polşanın bəzi bölgələrində də yaşayır.

Almandilli ölkələrin siyasi, iqtisadi, mədəni və sənaye əhəmiyyətinə görə, alman dili ikinci dil olaraq geniş yayılıb. Alman dili İnternetdə ən çox istifadə edilən üçüncü, elmi fəaliyyət və nəşrlərdə isə ikinci dildir. Biznesin aparılması üçün ən faydalı dillərdən biri kimi qəbul edilir. Avropa Birliyində alman dili, ümumi daşıyıcılarının sayına görə, ikinci ən böyük dildir.

Sorğu Göndər

Alman Dili Üçün Yüksək Keyfiyyətli Tərcümə Və Transkripsiya Xidmətləri

“CETA Translations” alman dili üzrə çoxsaylı mütəxəssislərinin peşəkarlığına güvənərək Azərbaycan dilindən alman dilinə və ya əksinə yüksək səviyyədə tərcümə xidmətlərini təklif edir. Dilin üç standartlaşdırılmış variantını (alman, Avstriya və İsveçrə), eləcə də bir sıra ləhcələrini əhatə edir.

Tərcüməniz əhatə etmək istədiyiniz xüsusi almandilli auditoriya üçün detallara maksimal şəkildə diqqət ayrılaraq aparılacaqdır. Şirkət alman dilindən həyata keçirilən hər bir tərcümə layihəsində mükəmməlliyə nail olmağa can atır. Almandilli tərəfdaşlarınızla hər hansı dil maneəsini aradan qaldırmaq üçün “CETA Translations” şirkətinin təcrübəsinə arxalana bilərsiniz. Biznes və digər sahələrdə səmərəli ünsiyyət üçün alman dilinə aydın, dəqiq və qrammatik cəhətdən düzgün  tərcüməyə zəmanət verilir.

Sorğu Göndər

Dillər Və Qiymətlər

Standard

Ümumi Qiymət

$ 0.07 Hər Söz Üçün
İxtisaslaşmış

Ümumi Qiymət

$ 0.12 Hər Söz Üçün
Xüsusi
Sorğu Göndər

30 dəqiqə ərzində əlaqə saxlayacağıq

Yüksək keyfiyyətli tərcümə axtarışındasınız?

Biz müxtəlif sektorlardan olan müştərilərimizə xidmət göstəririk! Buna görə də, müxtəlif sahələr üzrə ixtisaslaşmış tərcüməçi və mütəxəssislərimiz mövcuddur. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın

Bizimlə Əlaqə