Preloader

Bizi izləyin

İngilis Dilindən Azərbaycan Dilinə Və Əksinə Tərcümə Xidmətləri

İngilis dili biznes üçün linqva frankadır və “CETA Translations” bu dildə səmərəli şəkildə ünsiyyət qurmağa kömək edir.

İngilis Dilinin Qlobal Konteksti

Britaniya İmperiyası və ABŞ-ın təsiri sayəsində ingilis dili dünyada biznes qurmaq üçün aparıcı dilə çevrilib. İngilis dili, şübhəsiz ki, dünyanın ən çox danışılan dili və əksər insan fəaliyyəti üçün linqva frankadır. Bu, ingilis dilini ikinci dil kimi istifadə edənlərin sayının onun daşıyıcılarının sayını üstələməsinə gətirib çıxarıb. Buna görə də beynəlxalq biznes, naviqasiya, hüquq və elm sahələrində effektiv ünsiyyət üçün düzgün ingilis dili tələb olunur. ABŞ, Birləşmiş Krallıq, Kanada və Avstraliya kimi böyük iqtisadiyyatı olan ölkələrin rəsmi dili ingilis dilidir. Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi və digər beynəlxalq təşkilatlar da ingilis dilini öz rəsmi dillərindən biri sayırlar. Dünyada 2 milyarddan çox insan ingilis dilində danışır.

Sorğu Göndər

İngilis Dili Üzrə Yüksək Keyfiyyətli Tərcümə Və Transkripsiya Xidmətləri

“CETA Translations” ingilis-Azərbaycan dili üzrə tərcüməçi və dilçilərdən ibarət geniş heyət və şəbəkəyə malikdir. Şirkətin xidmətləri sayəsində hədəf auditoriyanız üçün Azərbaycan dilindən ingilis dilinə və ya əksinə tamamilə düzgün, dəqiq və aydın tərcümə əldə edəcəyinizə əmin ola bilərsiniz. “CETA Translations” şirkətinin tərcüməçiləri tərcümə olunmuş mətnin yalnız qrammatik, orfoqrafik və leksik baxımdan düzgünlüyünü deyil, rəsmi üslubunu və dəqiqliyini də təmin edirlər. Zəif tərcümə xidmətlərindən istifadə etməklə biznesinizin yaxşı imicinə və nüfuzuna xələl gətirə bilərsiniz. İngilis dili tərcümə layihənizi “CETA Translations” şirkətinə etibar edin və mesajınızı auditoriyanıza düzgün çatdırın.

Sorğu Göndər

Dillər Və Qiymətlər

Standard

Ümumi Qiymət

$ 0.07 Hər Söz Üçün
İxtisaslaşmış

Ümumi Qiymət

$ 0.12 Hər Söz Üçün
Xüsusi
Sorğu Göndər

30 dəqiqə ərzində əlaqə saxlayacağıq

Yüksək keyfiyyətli tərcümə axtarışındasınız?

Biz müxtəlif sektorlardan olan müştərilərimizə xidmət göstəririk! Buna görə də, müxtəlif sahələr üzrə ixtisaslaşmış tərcüməçi və mütəxəssislərimiz mövcuddur. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın

Bizimlə Əlaqə