Preloader

Bizi izləyin

Turizm sektoru - Tərcümə xidmətləri

Çoxdilli xidmətlər turizm sektorunun ana damarlarından biridir. CETA Tərcümə Mərkəzi səyahət və turizm sahəsinin təmsilçilərinə peşəkar dil xidmətləri təklif edir. Dünyanın 4 tərəfinə yayılmış potensial müştərilərinizi bizimlə əlçatan edin!

Turizm və səyahət sektoru üzrə tərcümə xidmətləri

Əvvəlki illərlə müqayisədə indi insanlar daha çox səyahət edir. “Lou-kost” uçuşlar, ucuz hotellər, vizasız gedilən ölkələrin hər gün artması turizm sektorunun da inkişafına təkan verir. CETA Tərcümə Mərkəzi turizm agentliklərinə dünyadakı bütün potensial müştəriləri ilə əlaqə qurmaq imkanı yaradır.

Biz sizə xidmətlərinizi  dünyanın müxtəlif ölkələrində müxtəlif dillərdə danışan potensial turistlərə çatdırmağı təklif edirik. CETA Tərcümə Mərkəzi səyahət kitabçaları, broşürlər, uçuş məlumatları, bülletenlər, audio-bələdçilər, turlar haqda məlumatlar, sanatoriya və turistik məkanların spesifik özəllikləri barədə materiallar və turizm sektorundakı çoxsaylı müəssisələr üçün menyuların yüksək peşəkarlıqla tərcüməsini həyata keçirir. Sahə üzrə ixtisaslaşmış tərcüməçilərimiz mətnlərdə turizm məkanlarının, yeməklərin və adət-ənənələrin məxəz dildəki təsvirinin cəlbediciliyini saxlayır, onların özünəməxsusluğuna toxunmur. Biznesinizə daha çox beynəlxalq müştəri cəlb etmək üçün işinizi rahatlıqla bizə əmanət edə bilərsiniz. Çünki turizm sektorunda onlarla otel, restoran və hava yolu şirkəti bizim daimi müştərimizdir.

Sorğu Göndər

Sürət

Müştəri tərəfindən tərcümə sifarişi təsdiq edildikdən sonra CETA Tərcümə Mərkəzi maksimum 30 dəqiqə ərzində sifarişin icrasına başlayır. Məmnuniyyətlə bildiririk ki, CETA Tərcümə Şirkəti sifarişlərinin 95%-i vaxtında təhvil verilmişdir.

Şəbəkə

Ştatlı və sərbəst tərcüməçilərdən ibarət böyük şəbəkəmiz bizə istənilən miqyasda tərcümə sifarişini vaxtında və keyfiyyətlə icra etməyə imkan verir.

Keyfiyyət

Tərcümə sifarişinizi tərcümə etməklə kifayətlənmir, onun tərcümə olunduğu dildə orijinal mətn kimi təbii səslənməsini təmin edirik. Məhz buna görə də müştərilərimizin 95%-i daimi müştərilərimizdir.

Sərfəli

Biz yüksək keyfiyyətli xidmətləri əlverişli qiymətlərlə təqdim edirik! Biz xidmətlərimizi təqdim etmək üçün düzgün və səmərəli planlaşdırmamıza güvənirik!

Yüksək keyfiyyətli tərcümə axtarışındasınız?

Biz müxtəlif sektorlardan olan müştərilərimizə xidmət göstəririk! Buna görə də, müxtəlif sahələr üzrə ixtisaslaşmış tərcüməçi və mütəxəssislərimiz mövcuddur. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın

Bizimlə Əlaqə