Preloader

Bizi izləyin

Türk Dilindən Azərbaycan Dilinə Və Əksinə Tərcümə Xidmətləri

Türk dilində istər biznes fəaliyyəti, istərsə də hər hansı digər fəaliyyətlə məşğul olmağı planlaşdırırsınızsa, “CETA Translations” sizə dil məsələlərində yardım edəcək.

Türk Dilinin Qlobal Konteksti

Türkiyə türkcəsi digər türk dilləri arasında ən geniş ərazidə danışılan dildir, bununla belə, bu dilin daşıyıcılarının əksəriyyəti Türkiyədə yaşayır. Türkiyə Avropa ilə Asiya arasında körpü rolunu oynadığına görə hər iki qitədə də türk dilində danışılır. Təxminən 80 milyon insan Cənub-Şərqi Avropada və Qərbi Asiyada türk dilində danışır.

Osmanlı İmperiyasının təsiri nəticəsində Bolqarıstan, Makedoniya, Kipr və Yunanıstanda əhəmiyyətli sayda azlıqlar da türk dilində danışırlar. Müharibədən sonrakı immiqrasiya Almaniyada da geniş türkdilli cəmiyyətin yaranmasına səbəb oldu.

Sorğu Göndər

Türk Dili Üçün Yüksək Keyfiyyətli Tərcümə Və Transkripsiya Xidmətləri

“CETA Translations” türk dili üçün yüksək səviyyəli tərcümə və transkripsiya xidmətlərini təklif edir. Dilin daşıyıcısı olan türk dilçilərindən ibarət qrup Azərbaycan dilindən türk dilinə (və ya əksinə) tərcümələrinin tez bir zamanda, ən yüksək keyfiyyətlə çatdırılmasını təmin edir. Peşəkar dilçilər yekun mətnin mədəni kontekstdə düzgünlüyünə böyük əhəmiyyət verirlər.

Amalınızın türkdilli auditoriyaya effektiv şəkildə çatdırılmasını təmin etmək üçün layihənizi “CETA Translations” şirkətinə etibar edin. “CETA Translations” şirkəti peşəkarlığı, operativliyi və mükəmməl xidməti ilə fəxr edir. Şirkət Azərbaycan dilindən türk dilinə və əks istiqamətdə müxtəlif sənəd, müqavilə və hesabatların tərcüməsini həyata keçirir.

Sorğu Göndər

Dillər Və Qiymətlər

Standard

Ümumi Qiymət

$ 0.07 Hər Söz Üçün
İxtisaslaşmış

Ümumi Qiymət

$ 0.12 Hər Söz Üçün
Xüsusi
Sorğu Göndər

30 dəqiqə ərzində əlaqə saxlayacağıq

Yüksək keyfiyyətli tərcümə axtarışındasınız?

Biz müxtəlif sektorlardan olan müştərilərimizə xidmət göstəririk! Buna görə də, müxtəlif sahələr üzrə ixtisaslaşmış tərcüməçi və mütəxəssislərimiz mövcuddur. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın

Bizimlə Əlaqə