Preloader

Bizi izləyin

CETA Tərcümə Mərkəzi

Tərcümə Sahəsində Etibarlı Tərəfdaşınız!

Quotes SVG

2014-cü ildə fəaliyyətə başlamış “CETA Translations” tərcümə şirkəti yazılı və şifahi (ardıcıl, sinxron) tərcümə xidmətləri, lokalizasiya, transkripsiya, səsləndirmə xidmətləri üzrə ixtisaslaşmış şirkətdir.

Şirkət göstərdiyi yüksək keyfiyyətli xidmətlə qısa zamanda Azərbaycanın tərcümə sektorunda özünəməxsus yer qazanıb. İşimizin keyfiyyətinin sübutu bizimlə əməkdaşlıq edən daimi müştərilərimizdir. Bu illər ərzində xidmətlərimizdən yüzlərlə korporativ və fərdi müştərilər yararlanıb. Şirkətimizin portfoliosunun 95%-dən çoxunu korporativ müştərilər, o cümlədən yerli və xarici şirkətlər, beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklər, dövlət və kommersiya qurumları təşkil edir. 

CETA Tərcümə Mərkəzi sizə ingilis, rus, fransız, alman, italyan, ispan və digər dillərdən Azərbaycan dilinə, eyni zamanda əksinə tərcümə xidmətləri təklif edir. 

Biz sizin hüquq, maliyyə, texniki, tibb, turizm, İKT və digər digər sahələrə aid mətnlərinizi  50-dən çox dilə ən yüksək keyfiyyətlə tərcümə edirik. 

Biz eyni zamanda sizin veb-saytlarınızı, oyun tətbiqetmələrinizi ən sadə və anlaşıqlı şəkildə müxtəlif dillərə uyğunlaşdırırıq. 

Bizim peşəkar filoloq və tərcüməçilərimiz sizin materiallarınızı məxəz dilin üslubuna toxunmadan, dəqiqliklə yeni dilə tərcümə edir. 

CETA Tərcümə Mərkəzinin iş prinsipi müştəri məmnuniyyətidir. Biz müştərinin tərcümə sifarişini təsdiqləməsindən ən gec 30 dəqiqə sonra həmin materiala müvafiq sahə üzrə ixtisaslamış tərcüməçi təyin edirik. Sahə üzrə ixtisaslaşmış dilçi tərəfindən edilən ilkin tərcümə ardınca başqa bir tərcüməçi tərəfindən redaktə olunur.

Xüsusi sahələrə aid terminoloji mətnlər həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən yenidən oxunur. Tərcümənin yekun variant isə son olaraq CETA Tərcümə Mərkəzinin linqvisti tərəfindən yoxlanılır və sifarişçiyə təhvil verilir. CETA istəyə uyğun olaraq sifarişçini mütəmadi şəkildə işin gedişatı barədə məlumatlandırır.

Sərfəli qiymət tariflərimiz və yüksək dil biliyinə sahib tərcüməçilərimiz müştəri məmnuniyyətinin qarantıdır. İşlərinizi bizə etibar etməklə həm vaxtınız, həm büdcəniz, həm də mətnləriniz əlavə dəyər qazanacaq!

Xidmətlərimizdən istifadə etmək üçün bizə zəng etməyiniz və ya birbaşa “Sorğu göndər” bölməsindən tərcümə materiallarınızı göndərməyiniz kifayətdir!

Tərcümə Sahəsində Etibarlı Tərəfdaşınız

Tərcümə mərkəzi necə olmalıdır? Dəqiq, peşəkar və etibarlı! Biz məhz bu prinsipləri rəhbər tuturuq! Layihələrinizi bizə etibar edə bilərsiniz!

Sürət

Müştəri tərəfindən tərcümə sifarişi təsdiq edildikdən sonra CETA Tərcümə Mərkəzi maksimum 30 dəqiqə ərzində sifarişin icrasına başlayır. Məmnuniyyətlə bildiririk ki, CETA Tərcümə Şirkəti sifarişlərinin 95%-i vaxtında təhvil verilmişdir.

Şəbəkə

Ştatlı və sərbəst tərcüməçilərdən ibarət böyük şəbəkəmiz bizə istənilən miqyasda tərcümə sifarişini vaxtında və keyfiyyətlə icra etməyə imkan verir.

Keyfiyyət

Tərcümə sifarişinizi tərcümə etməklə kifayətlənmir, onun tərcümə olunduğu dildə orijinal mətn kimi təbii səslənməsini təmin edirik. Məhz buna görə də müştərilərimizin 95%-i daimi müştərilərimizdir.

Sərfəli

Biz yüksək keyfiyyətli xidmətləri əlverişli qiymətlərlə təqdim edirik! Biz xidmətlərimizi təqdim etmək üçün düzgün və səmərəli planlaşdırmamıza güvənirik!

Faydalı Məlumatlar

Bir tərcümə şirkəti ilk dəfə əməkdaşlığa başlamaq riskli görünə bilər. Burada köməyinizə statistika gəlir!

+ 100

Daimi Müştəri

Müştəri məmnunluğu əsas hədəfimizdir! Məhz buna görə də portfoliomuzun böyük hissəsini daimi müştərilərimiz təşkil edir!

+ 100

Peşəkar Tərcüməçi

Bizim dilçilərdən və tərcüməçilərdən ibarət peşəkar komandamıza ştatlı və sərbəst tərcüməçilər daxildir! Bu, bizə istənilən tapşırığı qısa vaxt ərzində icra etməyə imkan verir!

+ 50

Dillər

50-dən artıq dildən Azərbaycan və rus dillərinə tərcümə!

+10 Milyon

Söz Tərcümə Olunub

Biz hər gün onlarla səhifə tərcümə edirik! 5 il ərzində 10 milyondan sözü müxtəlif dillərdən tərcümə etmişik!

Tərcümə bazarında ən keyfiyyətli tərcümə xidmətlərini təqdim etmək üçün var gücümüzlə çalışırıq! Uğurumuzun sirri peşəkar tərcüməçilərimiz və əlverişli qiymətlərimizdir!

7/24 xidmətinizdə

Yalnız insan tərəfindən tərcümə

Sürətli qiymət təklifi

Yüksək keyfiyyətə zəmanət

Sürətli Şəkildə Qiymət Təklifi Almaq Istəyirsiniz?

Sorğu göndər

Layihələrinizi Müzakirə Etmək Istəyirsiniz?

bizimlə əlaqə