Preloader

Bizi izləyin

IT sahəsi – Tərcümə xidmətləri

Onlayn biznes layihələrinin qlobal dünyaya çıxışı indi çox asandır. CETA Tərcümə Mərkəzi sizə internet layihələrinizin dünya miqyasında tanınması üçün peşəkar xidmət təklif edir. Biz sizin veb-saytlarınızı və ya tətbiqetmələrinizi bütün dillərə sadə və anlaşıqlı şəkildə uyğunlaşdırırıq.

IT və Proqram Təminatı məhsullarının lokalizasiyası

Müasir dünyada uğurlu onlayn biznes qurmaq və onu qlobal bazara çıxarmaq çox asandır. CETA Tərcümə Mərkəzi biznesinizin qlobal bazara çıxış qapısıdır! Biz müasir trendləri dərindən anlayır, ən son trendləri izləyir, onlayn layihələrinizin ən doğru təqdimatını hazırlayırıq. İnformasiya texnologiyaları sahəsi üzrə ixtisaslaşmış peşəkar filoloqlarımız layihələrinizi dəqiq, sadə və anlaşıqlı şəkildə bütün dillərə uyğunlaşdırır, potensial müştərilərinizin sizi ilk təmasda anlamasını təmin edir.

Biz həmçinin, IT, telekommunikasiya, avadanlıq və proqram təminatı ilə əlaqəli sənədlərinizi də yüksək peşəkarlıqla tərcümə edirik. Sahə üzrə ixtisaslaşmış tərcüməçilərimiz spesifik terminologiyanı da nəzərə alaraq, təlimat kitabçalarının və veb-saytların məzmununu, ən anlaşıqlı şəkildə digər dillərə uyğunlaşdırır.

CETA Tərcümə Mərkəzi eyni zamanda proqram təminatı hazırlayan şirkətlər üçün lokalizasiya xidmətləri təklif edir. Biz məhsullarınızı geniş kütlələrə çıxarmağınız üçün onu ideal formada optimallaşdırır, uyğunlaşdırır və sınaqdan keçiririk. Həmçinin, biz proqram təminatçıları ilə əməkdaşlıq edərək digər dilə tərcümə etdiyimiz mətnləri ekrana uyğunlaşdırmaq üçün onları redaktə edirik.

Biz sizin informasiya texnologiyaları sahəsindəki hər növ məhsulunuzun başqa dillərə qüsursuz tərcüməsini təmin edir və məxfiliyə təminat veririk!

Sorğu Göndər

Sürət

Müştəri tərəfindən tərcümə sifarişi təsdiq edildikdən sonra CETA Tərcümə Mərkəzi maksimum 30 dəqiqə ərzində sifarişin icrasına başlayır. Məmnuniyyətlə bildiririk ki, CETA Tərcümə Şirkəti sifarişlərinin 95%-i vaxtında təhvil verilmişdir.

Şəbəkə

Ştatlı və sərbəst tərcüməçilərdən ibarət böyük şəbəkəmiz bizə istənilən miqyasda tərcümə sifarişini vaxtında və keyfiyyətlə icra etməyə imkan verir.

Keyfiyyət

Tərcümə sifarişinizi tərcümə etməklə kifayətlənmir, onun tərcümə olunduğu dildə orijinal mətn kimi təbii səslənməsini təmin edirik. Məhz buna görə də müştərilərimizin 95%-i daimi müştərilərimizdir.

Sərfəli

Biz yüksək keyfiyyətli xidmətləri əlverişli qiymətlərlə təqdim edirik! Biz xidmətlərimizi təqdim etmək üçün düzgün və səmərəli planlaşdırmamıza güvənirik!

Yüksək keyfiyyətli tərcümə axtarışındasınız?

Biz müxtəlif sektorlardan olan müştərilərimizə xidmət göstəririk! Buna görə də, müxtəlif sahələr üzrə ixtisaslaşmış tərcüməçi və mütəxəssislərimiz mövcuddur. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın

Bizimlə Əlaqə