Preloader

Bizi izləyin

Maliyyə və biznes sahəsi – Tərcümə Xidmətləri

CETA Tərcümə Mərkəzi maliyyə və biznes sahəsinə aid sənədlərinizi dəqiqlik, peşəkarlıq və məxfiliyə təminat verməklə tərcümə edir. Biz sizə sərfəli qiymətə yüksək keyfiyyət və ideal həllər təklif edirik!

Maliyyə və biznes sahəsi üzrə tərcümə xidmətləri

İqtisadiyyatın qloballaşması, biznesdə sərhədlərin aradan qalxması işinizi böyütmək üçün bir çox imkan yaradır. Elə isə biznesinizi dünyaya açın! CETA Tərcümə Mərkəzi beynəlxalq maliyyə qurumları, investorlar, banklar, aktivlərin idarə edilməsi üzrə menecerlər və konsaltinq şirkətləri ilə əlaqələrinizin inkişafına töhfə verəcək. Biz sizə biznes və maliyyə sahəsində beynəlxalq səviyyəli tərcümə xidmətləri təklif edir və işinizin qlobal miqyasda tanınmasına vasitəçi oluruq. Bizim peşəkar maliyyə mütəxəssisi olan filoloqlarımız  biznes hesabatları,səhmdarların bildirişləri, müqavilələr, vergi sənədləri və s. kimi vacib materiallarınızın  dəqiq tərcüməsini həyata keçirir. CETA Tərcümə Mərkəzi həmçinin, audit sənədləri, ortaqlıq müqavilələri, beynəlxalq kreditorlar üçün hazırlanmış materialları da müvafiq hüquqi terminologiya nəzərə alınmaqla dəqiqliklə tərcümə edir.

Biznesinizlə bağlı sənədlərinizin təhlükəsizliyi və məxfiliyi bizim başlıca öhdəliyimizdir. Tələb əsasında tərcüməçilərimiz biznes və maliyyə sənədlərinizlə bağlı məxfilik müqaviləsi də imzalaya bilər.

Biz bilirik ki, vaxt sizin üçün puldur! Buna görə də komandamız qazancınızı maksimuma çıxarmaq üçün bütün gücü ilə işləyir və sifarişlərinizi təslim tarixinə uyğun – tam vaxtında təhvil verir.

Sorğu Göndər

Sürət

Müştəri tərəfindən tərcümə sifarişi təsdiq edildikdən sonra CETA Tərcümə Mərkəzi maksimum 30 dəqiqə ərzində sifarişin icrasına başlayır. Məmnuniyyətlə bildiririk ki, CETA Tərcümə Şirkəti sifarişlərinin 95%-i vaxtında təhvil verilmişdir.

Şəbəkə

Ştatlı və sərbəst tərcüməçilərdən ibarət böyük şəbəkəmiz bizə istənilən miqyasda tərcümə sifarişini vaxtında və keyfiyyətlə icra etməyə imkan verir.

Keyfiyyət

Tərcümə sifarişinizi tərcümə etməklə kifayətlənmir, onun tərcümə olunduğu dildə orijinal mətn kimi təbii səslənməsini təmin edirik. Məhz buna görə də müştərilərimizin 95%-i daimi müştərilərimizdir.

Sərfəli

Biz yüksək keyfiyyətli xidmətləri əlverişli qiymətlərlə təqdim edirik! Biz xidmətlərimizi təqdim etmək üçün düzgün və səmərəli planlaşdırmamıza güvənirik!

Yüksək keyfiyyətli tərcümə axtarışındasınız?

Biz müxtəlif sektorlardan olan müştərilərimizə xidmət göstəririk! Buna görə də, müxtəlif sahələr üzrə ixtisaslaşmış tərcüməçi və mütəxəssislərimiz mövcuddur. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın

Bizimlə Əlaqə