Preloader

Bizi izləyin

Oyunların tərcüməsi – CETA Tərcümə Mərkəzi

İndi ən sürətlə böyüyən bazarlardan biri virtual oyun biznesidir. CETA Tərcümə Mərkəzi hər növ onlayn oyunların məzmununu yüksək peşəkarlıqla tərcümə edir və lokallaşdırır. Biz sizin layihənizə qlobal bazara ideal çıxış vəd edirik!

Video oyunların tərcüməsi və lokalizasiyası

Oyun sənayesi dünyanın yüksək sürətlə inkişaf edən və ən gəlirli sahələrindən biridir. CETA Tərcümə Mərkəzi hazırladığınız oyunların qlobal bazara çıxış qapısını sizin üçün aralayacaq. Qlobal düşünün, oyunlarınızı dünyanın hər tərəfində, müxtəlif dillərdə danışan potensial oyunçulara çatdırın! CETA-nın peşəkar tərcüməçiləri istər mobil, istər onlayn, istərsə də konsol əsaslı platformalarda olan bütün video-oyunların uğurlu tərcüməsinə zəmanət verir. Bizim sahə üzrə ixtisaslaşmış tərcüməçilərimiz yüksək texnoloji savada sahibdir, yeni dünya trendlərini izləyir və oyun biznesinə aid bütün yeni terminlərlə yaxından tanışdır.

Oyun sənayesinin əsas istehsalçıları ilə uzunmüddətli əməkdaşlıq bizim xidmət keyfiyyətimizin sübutudur. CETA Tərcümə Mərkəzi video-oyunların məzmunu ilə yanaşı, onların qablaşdırmaları üzərindəki mətn və təlimatlar, onlayn dəstək mətnləri, oyunlardakı məlumatlar, oyun nəzarəti ilə bağlı qeydlər və s. kimi materialların da tərcüməsini bütün dillərə dəqiqliklə uyğunlaşdırılmasını həyata keçirir.

Biz oyunlarınızın qlobal müştərilərinizə ən anlaşıqlı şəkildə çatması üçün hər növ dil xidmətlərini təklif edirik. CETA Tərcümə Mərkəzi ilə əməkdaşlıq edin, dünyaya pəncərə açın!

Sorğu Göndər

Sürət

Müştəri tərəfindən tərcümə sifarişi təsdiq edildikdən sonra CETA Tərcümə Mərkəzi maksimum 30 dəqiqə ərzində sifarişin icrasına başlayır. Məmnuniyyətlə bildiririk ki, CETA Tərcümə Şirkəti sifarişlərinin 95%-i vaxtında təhvil verilmişdir.

Şəbəkə

Ştatlı və sərbəst tərcüməçilərdən ibarət böyük şəbəkəmiz bizə istənilən miqyasda tərcümə sifarişini vaxtında və keyfiyyətlə icra etməyə imkan verir.

Keyfiyyət

Tərcümə sifarişinizi tərcümə etməklə kifayətlənmir, onun tərcümə olunduğu dildə orijinal mətn kimi təbii səslənməsini təmin edirik. Məhz buna görə də müştərilərimizin 95%-i daimi müştərilərimizdir.

Sərfəli

Biz yüksək keyfiyyətli xidmətləri əlverişli qiymətlərlə təqdim edirik! Biz xidmətlərimizi təqdim etmək üçün düzgün və səmərəli planlaşdırmamıza güvənirik!

Yüksək keyfiyyətli tərcümə axtarışındasınız?

Biz müxtəlif sektorlardan olan müştərilərimizə xidmət göstəririk! Buna görə də, müxtəlif sahələr üzrə ixtisaslaşmış tərcüməçi və mütəxəssislərimiz mövcuddur. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın

Bizimlə Əlaqə