Preloader

Bizi izləyin

Peşəkar Tərcümə Xidmətləri

Qloballaşan iqtisadiyyatda bütün dünya sizin şirkətiniz üçün inkişaf imkanları təklif edir. “CETA Translations” öz peşəkar tərcümə xidmətləri vasitəsilə sizə beynəlxalq bazarları ələ keçirmək imkanını yaradacaq.

Beynəlxalq Səviyyədə Fəaliyyət Üçün Dəqiq Tərcümə

İnternet kimi telekommunikasiya texnologiyasındakı böyük nailiyyətlərin köməyilə qloballaşma iqtisadiyyatın bütün sahələrini daha çox bir-birilə əlaqələndirir. Əsas iqtisadi oyunçular öz bizneslərini xaricdə genişləndirmək istəyirlər.

Qlobal şəkildə inkişaf etməkdə olan bazarlarda dəqiq tərcümələr uğurun açarı sayılır. “CETA Translations” bu fenomeni çox gözəl başa düşür. Buna görə də dünyada yüksək keyfiyyətli tərcümələrə olan tələbatı ödəmək üçün peşəkar dil xidmətləri təklif edir.

“CETA Translations” şirkətinin peşəkar tərcümə xidmətlərinə bir sıra dil cütlükləri üzrə tərcümələr daxildir. Təcrübəli dilçilərdən ibarət komanda ən yaxşı nəticələri dərhal çatdırmağı öz öhdəsinə götürür. “CETA Translations” müəssisələr və onların beynəlxalq müştəriləri arasında səmərəli ünsiyyətin yaradılması üçün dəqiq tərcümənin zəruri olduğunu yaxşı başa düşür.

Buna görə də heç bir halda tərcümənin keyfiyyəti ilə bağlı güzəştə getmir. Şirkətin tərcüməçiləri işlədiyi müxtəlif sahələr üzrə mütəxəssis olduğunu sübuta yetiriblər. Şirkət sizə biznesinizin beynəlxalq arenada uğur qazanmasında kömək edə bilər. “CETA Translations” öz müştəriləri arasında mühüm dövlət və beynəlxalq inkişaf agentlikləri, eləcə də transmilli şirkətlərin olmasından qürur duyur.

Sorğu Göndər

Sürət

Müştəri tərəfindən tərcümə sifarişi təsdiq edildikdən sonra CETA Tərcümə Mərkəzi maksimum 30 dəqiqə ərzində sifarişin icrasına başlayır. Məmnuniyyətlə bildiririk ki, CETA Tərcümə Şirkəti sifarişlərinin 95%-i vaxtında təhvil verilmişdir.

Şəbəkə

Ştatlı və sərbəst tərcüməçilərdən ibarət böyük şəbəkəmiz bizə istənilən miqyasda tərcümə sifarişini vaxtında və keyfiyyətlə icra etməyə imkan verir.

Keyfiyyət

Tərcümə sifarişinizi tərcümə etməklə kifayətlənmir, onun tərcümə olunduğu dildə orijinal mətn kimi təbii səslənməsini təmin edirik. Məhz buna görə də müştərilərimizin 95%-i daimi müştərilərimizdir.

Sərfəli

Biz yüksək keyfiyyətli xidmətləri əlverişli qiymətlərlə təqdim edirik! Biz xidmətlərimizi təqdim etmək üçün düzgün və səmərəli planlaşdırmamıza güvənirik!

Biznesinizin Beynəlxalq Səviyyədə Fəaliyyəti Üçün Sizin Ən Yaxşı Tərəfdaşınız Ola Bilərik

“CETA Translations” qeyri-dəqiq tərcümələrin biznesinizin imici və nüfuzuna ciddi şəkildə xələl gətirə biləcəyini yaxşı başa düşür. Buna görə də şirkətin tərcüməçiləri heç vaxt qeyri-müəyyən tərcümə ərsəyə gətirmirlər.

 Beynəlxalq səviyyəli məqsədlərinizə nail olmaq üçün “CETA Translations” sizin ən peşəkar tərəfdaşınız ola bilər. Beynəlxalq strateji biznes fəaliyyətiniz üçün lazım olan tərcümə layihələrinizi bu şirkətə əminliklə etibar edə bilərsiniz.

İstər iş müqavilənizin, istərsə də maliyyə hesabatınızın tərcümə olunmasınızı istəsəniz, “CETA Translations” şirkətinin bunu sizin üçün edəcəyinə əmin ola bilərsiniz. Şirkətin maliyyə, hüquq, texniki, tibb və elm sahələri üzrə təcrübəli tərcüməçiləri var. “CETA Translations” şirkətinə etibar etməklə beynəlxalq müştəriləriniz və təchizatçılarınızla düzgün ünsiyyəti təmin edin.

Sorğu Göndər