Preloader

Bizi izləyin

Blog

"Bunun bir səhifəsi neçəyədir?" – Niyə biz səhifəni yox, sözləri sayırıq?

"Bunun bir səhifəsi neçəyədir?" – Niyə biz səhifəni yox, sözləri sayırıq?

Tərcümə qiyməti niyə səhifə sayına görə hesablanmır? CETA Tərcümə Mərkəzi olaraq tətbiq etdiyimiz "söz hesabı" sisteminin müştəri üçün faydalarını və şəffaflığını bu məqalədə izah edirik.

Tərcümə mərkəzimizə müraciət edən müştərilərin demək olar ki, hamısı söhbətə eyni sualla başlayır: "Bu sənədin bir səhifəsinin tərcüməsi nə qədər edir?"

Bu, çox təbii sualdır. Lakin bizim cavabımız adətən belə olur: "Bizdə qiymət səhifəyə görə deyil, dəqiq söz sayına görə hesablanır".

Bəs niyə biz ənənəvi "səhifə" anlayışından imtina edib, beynəlxalq "söz hesabı" standartını seçmişik? Bu, sizin büdcənizə necə qənaət edir?

1. "Səhifə" anlayışı niyə aldadıcıdır?

Fiziki "səhifə" çox dəyişkən bir ölçü vahididir. Təsəvvür edin, əlinizdə iki ədəd A4 sənəd var:

Birinci sənəd: Böyük şriftlə (14 pt), sətirlər arası geniş məsafə ilə yazılıb. Cəmi 100 söz var.

İkinci sənəd: Kiçik şriftlə (8 pt), sıx şəkildə yazılıb. Burada 800 söz var.

Hər ikisi fiziki olaraq "1 səhifə"dir. Əgər biz hər ikisinə eyni qiyməti desək, birinci müştəriyə az sözə görə çox ödədiyindən haqsızlıq etmiş olarıq, ikinci işdə isə tərcüməçinin əməyi qarşılanmaz.

Məhz bu "ədalətsizliyi" aradan qaldırmaq üçün CETA Tərcümə Mərkəzi olaraq biz söz hesabı sistemindən istifadə edirik.

2. Söz hesabının müştəri üçün 3 üstünlüyü

Bu sistem sadəcə bizim üçün rahatlıq deyil, əslində müştərinin hüquqlarını qoruyan ən şəffaf üsuldur:

Dəqiq ödəniş: Siz yalnız tərcümə olunan sözlərə görə ödəniş edirsiniz. Səhifədəki böyük boşluqlar, şəkillər və ya loqolar üçün pul ödəməyinizə ehtiyac qalmır.

Şəffaflıq: Qiymət "gözəyarı" deyil, xüsusi proqram təminatı ilə hesablanır. Sənəddə 1300 söz varsa, siz 1300 sözün ödənişini edirsiniz, nə bir qəpik artıq, nə əskik.

Beynəlxalq standart: Dünyanın ən böyük şirkətləri və tərcümə agentlikləri məhz bu üsulla işləyir. Biz bu standartı tətbiq etməklə xidmət keyfiyyətimizi qlobal səviyyədə saxlayırıq.

3. Qiymətə təsir edən digər amillər

Söz sayı əsas meyardır, lakin yeganə meyar deyil. 100 sözlük bir mətnin qiyməti aşağıdakı hallarda dəyişə bilər:

Dil cütlüyü: İngilis və Rus dilləri daha münasib, digər dillər isə daha yüksək tariflə hesablanır.

Mövzu: "Bu gün hər şey çox gözəldir " cümləsini tərcümə etməklə "Hidravlik nasosların istismar təlimatı"nı tərcümə etmək eyni zəhməti tələb etmir. Texniki, tibbi və hüquqi mətnlər xüsusi ixtisas tələb etdiyindən qiymət fərqlənə bilər.

Təcililik: Əgər iş "sabaha" yox, "bu günə" lazımdırsa, layihəyə əlavə resurslar cəlb olunur və təcili tarif tətbiq edilir.

CETA-da proses necədir?

Bizimlə işləmək çox sadədir:

Sənədi bizə (Word və ya PDF formatında) göndərirsiniz.

Bizim proqram təminatımız sənəddəki dəqiq söz sayını analiz edir.

Sizə söz sayına əsaslanan dəqiq və dəyişməz yekun qiyməti təqdim edirik. Sonradan "səhifə artdı" kimi hallar olmur.

Sənədinizin dəqiq neçə sözdən ibarət olduğunu və tərcümə xərcini bilmək istəyirsiniz?  O halda bizimlə e-mail ünvanı vasitəsilə əlaqə saxlayın.