Preloader

Bizi izləyin

Blog

Texniki tərcümə

Texniki tərcümə

Texniki tərcümə

Texniki tərcümə və onun əhəmiyyəti

Texniki tərcümə texniki materiallardan ibarət sənədlərin tərcüməsidir. O, tərcümənin xüsusi bir formasıdır. Texniki tərcümə elmi və texniki terminlərdən ibarət olur. Texniki sənədlər bu sahənin mütəxəssisi olmayan şəxslər tərəfindən tərcümə edilə bilməz. Buna görə də, texniki tərcüməçi müvafiq sahə üzrə mütəxəssis olmalıdır.

Bundan əlavə, tərcüməçi mənbə və hədəf bazar barədə dərin biliyə malik olmalıdır. Onun konkret bir texniki sahə üzrə təcrübəsi olmalıdır. Sadə dildə desək, o, linvqistik və tərcümə səriştəsinə malik olmalıdır.

Texniki tərcümədə müxtəlif məzmunda sənədlər tərcümə olunur. Bu, tərcüməsi üçün texniki səriştənin tələb olunmadığı sadə bir məhsulun spesifikasiya vərəqi də ola bilər. Lakin bunun üçün İT sahəsi haqqında bir az məlumatlı olmaq tələb olunur. Texniki tərcümənin asan olduğunu düşünməyin. O, müxtəlif sahələr üzrə mürəkkəb yazılı sənədlərin tərcüməsini əhatə edir.

Tərcüməsi tələb olunan texniki sənədlərin bəzi nümunələri aşağıda təqdim olunur:

        Məlumat vərəqələri və elmi sənədlər

        İstifadəçi və istismar təlimatları

        Texniki hesabatlar

        Patentlər və onların verilməsi üçün müraciətlər

        Elektron məhsullar üçün təlimat kitabçaları

        Texniki e-təlim kitabçaları

        Məhsulların texniki spesifikasiyası

        Məlumatların toplanması və onların təfsiri

        Məhsulların quraşdırılması haqqında təlimat kitabçaları

        Təhlükəsizlik təlimatları

        Texniki qulluq təlimatları

        Texniki çertyojlar

        Texniki məhsullar və onların zəmanətləri.

Şirkətlərin çoxu qlobal bazara xidmət göstərmək üçün texniki tərcümələrə ehtiyac duyur. Bununla yanaşı, texniki tərcümə texnologiyadan asanlıqla istifadə etməyə kömək edir. O, işçilərin təhlükəsizliyini də təmin edir, eyni zamanda kommunikasiya ilə bağlı maneələri aradan qaldırmaqla şirkətin məhsuldarlığını artırır.

Texniki məlumatları hər hansı başqa bir dildə təqdim etmək mürəkkəb tapşırıqdır. Bunun səbəbi dillər arasındakı fərqlərdir. Texniki tərcümənin tələb olunduğu sahələrin bəziləri aşağıdakı siyahıda göstərilir:

       Mühəndislik sahəsi

       Texnologiyadan səmərəli şəkildə istifadə edən şirkətlər

       Kimyəvi zavodlar

       Kənd təsərrüfatı məhsullarını emal edən zavodlar

       Əczaçılıq şirkətləri

       İstehsal firmaları

       Dövlət orqanları.

Hazırda texniki tərcümə ən çox tələbatın olduğu peşəkar tərcümə xidmətlərindən biridir. O, müasir dünyada texnoloji tərəqqiyə inteqrasiya olunur. Texnologiya inkişaf etdikcə tərcümənin bu növü də ən vacib sahələrdən birinə çevrilir. Texniki tərcümə üçün müvafiq sahə üzrə mütəxəssis tələb olunur.

Texniki tərcümə müvafiq sahə üzrə mütəxəssislər tərəfindən edilməlidir. Müvafiq sahə üzrə mütəxəssislər kimlərdir? Onlar dil mütəxəssisləridir. Dil mütəxəssisləri öz sahələri üzrə biliyə sahib olmalıdır. Onlar müvafiq sahə üzrə hədəf auditoriya tərəfindən asanlıqla başa düşülən terminlərdən istifadə edir və öz sahələrində səriştəlidir. Bundan əlavə, onlar mədəni və regional nüanslar barədə də məlumatlı olur.

Texniki tərcüməçilər konkret terminlərin tərcüməsini bilir. Məsələn, fərz edək ki, bir farmaseptik şirkətin bir dərman vasitəsi üçün beynəlxalq patentin texniki tərcüməsinə ehtiyacı var. Sənəddə məhsul haqqında elmi məlumatlar var.  Bu zaman sahə üzrə mütəxəssislər sizə qüsursuz tərcümə təqdim edəcək.

Bunun əksinə, texniki tərcüməçi tələb olunan xüsusi biliyə malik olmadıqda, çaşqınlıq yaranacaq. Tərcümədə edilən kiçik bir səhv belə ərizənin rədd edilməsinə səbəb olacaq. Beləliklə, bu, farmaseptik şirkət üçün vaxt və pul itkisi olacaq.

Sahə üzrə mütəxəssislər dəqiq tərcümələr təqdim edir. Bəzi sənədlərdə texniki cihazlardan istifadəyə dair təlimatlar təqdim olunur. Buna görə də, müştərilərin heç bir risk olmadan avadanlıqlarınızdan istifadə etməsini təmin etmək üçün texniki tərcüməyə ehtiyacınız olacaq. Yüksək keyfiyyətli tərcümə aşağıdakı riskləri azaldacaq:

        Elektrik cihazlarından yanlış istifadə nəticəsində baş verən istehsalat qəzaları

        Məhkəmə işlərinin başladılması və iddia edilməsi

        Pasiyentlərə ən yaxşı xidmətləri göstərə bilməmək

        Şirkət əməliyyatlarının müvəffəqiyyətsiz olması

Bəzi şirkətlər maşın tərcümələrinə üstünlük verir. Onlar bunu vaxta və pula qənaət etmək üçün edir. Lakin əksər hallarda, bu, kifayət etmir. Maşın tərcümələri sizə texniki terminlərin faktiki tərcüməsini verə bilməz. Onlar sizə sadəcə sənədin icmalını təqdim edir. Buna görə də, mənalı tərcümə üçün sahə üzrə mütəxəssisə ehtiyac var.

Texniki lüğət

Texniki tərcüməçilər dəqiq tərcümə üçün texniki lüğətdən istifadə edir. Tərcüməçiniz yalnız lüğətə əsaslanırsa, o, müvafiq sahə üzrə mütəxəssis deyil. Texniki tərcüməçi ən son texnologiyaya uyğun tərcümələri təmin etmək üçün bu sahə üzrə jarqonları bilməlidir. Əgər istifadəçi təlimatını və ya hər hansı texniki məhsul paketini tərcümə etdirmək istəyirsinizsə, sizə yalnız sahə üzrə mütəxəssis kömək edə bilər.

Texniki tərcümənin bəzi digər tələbləri

Texniki tərcümədə səhvə yol verilməməlidir. O, tərcümənin xüsusi bir formasıdır. Texniki tərcümənin çətin hissələrindən biri dəqiqliyə nail olmaqdır. Dəqiqliyə nail olmaq üçün tərcüməçilər detallara diqqət yetirir. Peşəkar texniki tərcüməçi olmaq üçün sizə dilçilər və texniki yazı üzrə peşəkar təlim lazımdır.

Texniki tərcümələr konkret bir sahəyə aid olur. Buna görə də, tərcüməçilərin öz sahələri üzrə zəngin təcrübəsi olmalıdır. Texniki tərcümədə texniki jarqonlar, terminologiya, formatlaşdırma və qısaltmalar dəqiq şəkildə tərcümə edilməlidir.

Texniki məzmuna istifadəçi təlimatları daxil ola bilər. Onlar normalda texniki mütəxəssis tərəfindən yazılır. Eyni zamanda, texniki sənədlərin məzmunu elmi və texnoloji mövzularla da əlaqəlidir. Beləliklə, yalnız texniki tərcüməçilər qüsursuz texniki tərcümə təqdim edir.

Texniki tərcüməçi texniki terminlərin tərcüməsi ilə məşğul olur. Bununla yanaşı, onlar texniki yazının əsaslarını başa düşür.

Texniki sənədlərin əksəriyyətində sözlərin 5-10 faizi terminlərdən ibarətdir. Qalanları isə orijinal sözlərdir. Buna görə də, tərcüməçilər həm mədəniyyəti, həm də texnologiyanı başa düşməlidir. Bu amillər tərcümənin keyfiyyətini müəyyən edir. Tərcümə olunmuş sənəd mədəniyyətlə uyğunluq təşkil etməlidir. Bundan əlavə, o, sərbəst və təbii axıcılıqla yazılmalıdır. Bu yolla o, sizə düzgün mənanı verəcək.

Texniki tərcümənin xüsusiyyətləri

Texniki tərcümələr çox spesifik olur. Onun çoxlu texniki xüsusiyyətləri var. Məzmunun funksional aspekti seçməli olduğunuz tərcümə növünü müəyyənləşdirir. Bununla yanaşı, mənbə və hədəf dil də tərcümə prosesinə təsir edir. Şübhəsiz ki, texniki sənədlərin tərcüməsi çətin və vaxt aparan işdir. Sahə üzrə mütəxəssislər sizə qüsursuz tərcümələr təqdim edə bilər. Lakin siz özünüz də tərcüməçinin səriştəliliyini nəticələr əsasında yoxlaya bilərsiniz.

Texniki yazıların ən ümumi xüsusiyyətləri onların obyektiv və aydın olmasıdır. Buna görə də, bütün texniki və elmi mətnlərdə eyni yazı formatlarından istifadə edilir. Bu, kommunikasiya tələblərinə cavab vermək üçün belədir.

Lüğət isə elmi və texniki terminlərdən ibarətdir. Tərcüməçinin tərcümə etdiyi terminlər dəqiq olmalı və texniki məhsullarla bağlı real hadisələri təsvir etməlidir. Bundan əlavə, onlar məhsulu hədəf dildə asan başa düşüləcək şəkildə təsvir etməlidir. Tərcümədə istifadə olunan terminlər kontekstdən asılı olmamalıdır.

Texniki tərcümənin çətinlikləri

Əgər texniki sənədlərinizi müxtəlif dillərə tərcümə etmək istəyirsinizsə, tərcümə zamanı qarşılaşacağınız çətinlikləri başa düşməlisiniz.

Nəzəri anlama

Texniki tərcüməçilər texniki məhsulları və tətbiqləri nəzəri baxımdan başa düşməlidir. Yalnız o zaman onlar anlayışları aydınlaşdıraraq sənədi tərcümə edə bilər. Tərcümə məhsulun istifadəsi haqqında dəqiq informasiya verməlidir. Bunun üçün sizin sahə üzrə ixtisaslaşmış tərcüməçilərə ehtiyacınız var.

Məsələn, əgər tibbi avadanlıqların tərcüməsini istəyirsinizsə, onda daha əvvəl tibb sahəsi üzrə təlim keçmiş və işləmiş tərcüməçiyə müraciət etməlisiniz. Belə bir tərcüməçi tibbi sənəddə istifadə olunan terminlərdən xəbərdar olur. Şübhəsiz ki, tibbi tərcümədə dəqiqlik ölüm-dirim məsələsidir. Beləliklə, siz heç bir xəta riski götürə bilməzsiniz.

Terminologiyanın başa düşülməsi

Hər bir sahənin özünəməxsus texniki terminləri var. Buna görə də, konkret sahə üzrə tərcümələr üçün keçmiş təcrübə vacibdir. Məsələn, hüquqi bir sənəd üçün müxtəlif ölkələrin hüquq sistemlərindən xəbərdar olan tərcüməçi düzgün seçimdir. Niyə? Çünki hər bir ölkənin fərqli hüquq sistemi var.

Belə ki, sənədlərin ingilis dilindən ərəb dilinə tərcüməsi üçün siz müvafiq ərəb dilli ölkənin qanunlarını bilən bir tərcüməçi tapmalısınız. Bu yolla tərcüməçi hədəf dilə uyğun müvafiq hüquqi terminləri tapa bilər.

Bunun üçün siz təcrübəli texniki tərcüməçilərdən ibarət komandası olan peşəkar tərcümə şirkəti ilə əməkdaşlıq etməlisiniz.

Dəqiq tərcümə

Həyatın hər aspektində texniki tərcüməyə ehtiyac olur. Bura həmçinin tibbi reseptlər və hüquqi sənədlər də daxildir. Bununla yanaşı, tərcümənin dəqiqliyi çox vacibdir. Tibb və hüquq sahələrində qeyri-dəqiq tərcümə ölümcül nəticələrə səbəb ola bilər. Qeyri-dəqiq tərcümə həmçinin şirkətinizin imicinə də xələl gətirə və ya satışlarınıza mənfi təsir göstərə bilər.

Sürətli tərcümə

Texniki tərcüməni vaxtında əldə etmək çox vacibdir. Məsələn, insanların həyatını xilas etmək üçün tibbi tərcümənin vaxtında təqdim edilməsi tələb olunur. Bununla yanaşı, hüquqi tərcümə zamanı qayda-qanunlara riayət etmək tələb olunur. Buna görə də, siz ixtisaslı tərcüməçilərlə işləməlisiniz. Çünki onlar texniki tərcüməni tez bir zamanda təqdim edə bilir.  Böyük həcmli texniki bir layihəni vaxtında tərcümə etmək üçün tərcüməçilərin layihə idarəetmə bacarıqları olmalıdır.

Texniki məzmunun lokallaşdırılması

Sənədinizi başqa bir ölkə üçün tərcümə etdirmək istəyirsiniz? Tərcüməçinizin lokallaşdırmanı da nəzərə aldığından əmin olun. Lokallaşdırma sənədlərin regional nüanslara uyğun olmasını təmin edir. O, həmçinin mədəni aspektlərin nəzərə alınmasını da təmin edir. Lokallaşdırma nə üçün vacibdir? Müəyyən təsvirlər və məzmun bəzi ölkələrdə uyğunsuz hesab edilir. Onları uyğunlaşdırmaq tərcümənin effektivliyini artırır. Lokallaşdırılmış məzmun hədəf bazara asanlıqla çatmağa kömək edir.

Texniki tərcümə zamanı dəqiqlik və mədəni uyğunluq nəzərə alınmalı olan iki aspektdir. Bütün texniki məlumatları yenilənmiş formatda saxlayın. Texniki tərcümə ilə bağlı tələblərinizi peşəkar tərcümə şirkəti ilə müzakirə edin. Lokallaşdırma yolu ilə qüsursuz texniki tərcümələr təqdim edən bir peşəkar tərcümə şirkəti seçin.

 

 

Photo by Joshua Hoehne on Unsplash