Preloader

Bizi izləyin

Blog

Oxu zalı: Elektrik avtomobillərinin müsbət və mənfi cəhətləri

Oxu zalı: Elektrik avtomobillərinin müsbət və mənfi cəhətləri

Təcrübəçilərimizin tərcümələrindən:

Elektrik avtomobillərinin müsbət və mənfi cəhətləri

Elektrik avtomobili nədir?

Elektrik avtomobili tam olaraq elektriklə işləyən mühərrikdən (elektrik mühərriki) istifadə edən nəqliyyat vasitəsidir. Hibrid avtomobillərdən fərqli olaraq, elektrik avtomobillərinin daxili yanma mühərrikləri ümumiyyətlə olmur.

Elektrik avtomobillərinin tarixi

Elektrik avtomobili modellərinin ilk prototipləri 1835-ci ildə yaradılıb. Elektrik avtomobilləri 19-cu əsrin axırları və 20-ci əsrin əvvəlləri populyar olsa da, mühərrik texnologiyasının inkişafı və kütləvi ucuz benzin istehsalı elektrik avtomobillərinin istifadəsinin azalmasına səbəb olmuşdur.

2008-ci etibarən batareyalar və nəzarət cihazı texnologiyasındakı irəliləyişlər, neft qiymətlərinin bahalaşması qayğıları və havaya buraxılan istixana qazı emissiyalarının azaldılmasının zəruriliyi nəticəsində elektrik avtomobilləri öz intibah dövrünə qədəm qoyub.

Hazırda elektrik avtomobillərinin gələcəyi batareyaların qiymətindən və onların daxili yanma mühərrikli avtomobillərin istehsalından nə qədər ucuz və təmiz ola biləcəyindən asılıdır.

Ekoloji məsələlər

Elektrik avtomobili qazla işləyən ənənəvi avtomobillərə ən yaxşı alternativ hesab edilsə də, onlardan geniş istifadə elektrik istehlakının artmasına gətirib çıxara bilər.

Bu, günəş panelləri ilə əhatə olunmuş örtüklərə malik yeni enerji doldurma məntəqələrinin tikilməsinin əsas səbəbidir. Onlar elektrik avtomobili üçün günəşdən və kölgədən elektrik təmin edir.

Elektrik avtomobillərinin enerji doldurması və iş prinsipi

Yeni elektrik avtomobillərinin istehsalçıları enerji doldurma müddətini kəskin şəkildə azaltmağın, habelə konnektorların istehsal üsullarını standartlaşdırmağın yollarını axtarırlar.

Elektrik avtomobili batareyasının normal həyat dövrü 8-10 ildir, enerji doldurma müddətinə gəldikdə isə, elektrik avtobomilinin enerji ilə tam doldurulması 30 dəqiqə kimi qısa bir müddət çəkə bilər. Buna baxmayaraq, bunun hətta 12 saatdan çox çəkdiyi hallar da var. Bu, enerji doldurma avadanlığından, batareyanın növündən, elektrik avtomobili modelinin istismar müddətindən, habelə mövcud enerji doldurma gücündən asılıdır.

60 kVt/saatlıq batareya ilə işləyən elektrik avtomobilinin 7 kilovattlıq evdən enerji doldurma məntəqəsi ilə sıfırdan tam enerji doldurması üçün 4-8 saat vaxt tələb olunur. Əksər sürücülər batareyanın yenidən tam dolmasını gözləmək əvəzinə mövcud enerjini artırsalar da, bir çox elektrik avtomobilləri üçün 50 kVt sürətli enerji doldurma cihazı ilə cəmi 35 dəqiqəyə 160 km əlavə məsafə qət edə bilərsiniz.

Elektrik avtomobilinin enerji ilə doldurulması neçəyə başa gəlir?

Evdə enerji doldurma cihazının quraşdırılması xərcləri

Evdə enerji doldurma cihazının quraşdırılma xərci bir çox amildən asılıdır, məsələn, seçdiyiniz sistem, yaşadığınız ərazidəki icazə haqları və nəhayət evinizin konfiqurasiyası.

Elektrik avtomobillərinin müsbət və mənfi cəhətləri

Beləliklə, ən düzgün qərarı vermək üçün elektrik avtomobillərinin müsbət və mənfi cəhətləri, onların ekologiyaya təsiri, texniki qulluq tələblərinin azlığı və elektrik avtomobili ilə benzin və ya dizel mühərrikli avtomobil arasındakı fərq barədə daha çox məlumat əldə etməlisiniz.

Elektrik avtomobillərinin mənfi cəhətləri

Elektrik avtomobilinə sahib olmağın müsbət tərəfləri kifayət qədər qaneedici olsa da, nəzərə alınmalı bəzi mənfi tərəflər də var:

Elektrik avtomobillərinin sürüş məsafəsi qazla işləyən avtomobillərinkindən daha azdır

Elektrik avtomobillərinin sürüş məsafəsi daim artırılsa da, böyük elektrik avtomobilləri gündə təxminən 200 km qət edə bilir. Problem budur ki, əgər siz son dəqiqə planı quraraq 200 km-dən artıq məsafə qət etmək istəsəniz, batareyanı tam doldurmaq üçün 8 saatdan çox vaxt lazım ola bilər.

Bundan əlavə, elektrik avtomobillərində standart avtomobil modellərində olan bütün aksesuarlar olmur. Buna görə də, bütün bunlar adətən batareyalardan əlavə enerjinin alınması və sürüş məsafəsində müvafiq azalmaya gətirib çıxarır.

Batareyanın doldurulması üçün müəyyən vaxt tələb olunur

Qazla işləyən avtomobili yanacaqla doldurmaq cəmi bir neçə dəqiqə çəkir. Lakin elektrik avtomobillərinin tam doldurulması təqribən 4-6 saat, bəzən hətta bir gün çəkə bilər.

Ən son modellərdə və daha güclü enerji doldurma məntəqələrində enerji doldurma müddəti əhəmiyyətli dərəcədə azalıb və qısa müddətdə bu problem artıq aradan qalxacaq.

Qazla işləyən avtomobillərlə müqayisədə, elektrik avtomobilləri daha çox investisiya tələb edir

Müəyyən avtomobillərin elektriklə işləyən modelləri ənənəvi avtomobillərdən adətən daha baha olur, lakin bunun səbəbinin elektrik avtomobillərinin batareya və mühərriklərinin inkişaf etməkdə olan texnologiyaları olduğu açıq-aydındır.

Lakin narahatlığa əsas yoxdur. Texnologiya hər il inkişaf etməyə davam edir, beləliklə həm qazla işləyən, həm də elektrik avtomobillərində qiymətlərin tezliklə bərabərləşməsi gözlənilir.

Enerji doldurma məntəqələrinin tapılmasında çətinlik

Elektrik avtomobilləri üçün enerji doldurma məntəqələrinin çox olduğu yerlər var, lakin problem orasındadır ki, bu, hər şəhərdə belə deyil. Uzun yol səyahətləri zamanı elektrik avtomobillərindən istifadə çətinlik yarada bilər, çünki siz evdə istifadə etdiyiniz enerji doldurma cihazınızı özünüzlə apara bilmirsiniz.

Batareyanın dəyişdirilməsi

Bu çoxları üçün məyusedici xəbər olsa da, bildirməliyik ki, batareyanın növündən və istifadəsindən asılı olaraq, elektrik avtomobillərinin batareyaları hər 5-10 ildən bir dəyişdirilməlidir.

Elektrik avtomobilinin istehsalı zamanı yaranan çirklənmənin miqdarı

Elektrik avtomobilləri 100% emissiyasız deyil, çünki hazırda daxili yanma mühərriki ilə işləyən avtomobillə müqayisədə, bir elektrik avtomobilini istehsal etmək üçün havaya daha çox karbon qazı buraxılır. Texniki qulluq və batareyanın tam doldurulması üçün lazım olan elektrik enerjisi də yalnız bərpa olunan enerji mənbələrindən əldə edilmir.

Elektrik avtomobillərinin müsbət cəhətləri

Bununla bağlı çox şey demək olar! Elektrik avtomobilinə sahib olmağın ən böyük üstünlükləri aşağıda qısa şəkildə təsvir olunur:

Ekologiya üçün daha təhlükəsizdir

Alıcıların elektrik avtomobili almasının əsas səbəblərindən biri budur. Tam elektriklə işləyən avtomobil (hibrid olmayan) səsboğucu sistemdən istifadə etmir, bu isə avtomobilin bütün istismar müddəti ərzində səsboğucu borusundan emissiyanın buraxılmaması və uzunmüddətli perspektivdə benzinlə işləyən avtomobildən 80%-ə yaxın daha az karbon qazı emissiyası deməkdir.

Yenidən qazdan istifadəyə ehtiyac yoxdur

Elektrik avtomobilləri bütövlükdə elektriklə enerji yığır, buna görə də, bir daha yanacaq doldurma məntəqəsinə baş çəkməyinizə ehtiyac qalmır.  Yanacaqla işləyən avtomobili idarə etmək çox pul xərcləməyinizə səbəb ola bilər, çünki hamımız bilirik ki, yanacaq qiymətləri xeyli bahalaşıb.

Daha az texniki qulluq tələb edir

Bir çox fərqli hissədən ibarət olduğu üçün bir ton texniki xidmət tələb edən daxili yanma mühərrikindən fərqli olaraq, elektriklə işləyən avtomobilin mühərriki heç bir qulluq tələb etmir. Sadə dillə desək, elektrik avtomobilləri ənənəvi avtomobillərdən və ya dizellə işləyən avtomobillərdən daha az qulluq tələb edir.

Daha az səs-küy yaradır

Elektrik mühərrikləri daha səssiz işləyir və uzun məsafələrdə problemsiz sürüş təmin etməyə qadirdir. Bu avtomobillər xüsusən enerji ilə tam doldurulduqda qazla işləyən avtomobillərdən fərqli olaraq çox sakit işləyir.

İdarə edilməsi çox asandır

Bazarda mövcud olan bütün avtomobillər arasında ən asan idarə olunanlar elektrik avtomobilləridir. Mufta mexanizminin əlavə edilməsinə ehtiyac tamamilə aradan qaldırılır və siz avtomobili yalnız qaz pedalı, əyləc pedalı və sükan çarxı ilə idarə edə bilirsiniz.

Qaz/enerji doldurma məntəqəsinə getməyə ehtiyac yoxdur

Elektrik avtomobiliniz olduqda, siz evdə enerji doldurma məntəqəsinə sahib ola, işdən və ya səyahətdən qayıtdıqdan sonra elektrik avtomobilini bir gecədə enerji ilə dolmaq üçün qoyub növbəti gün onu sürməyə hazır vəziyyətdə götürə bilərsiniz.

Tam təhlükəsizliyi təmin edir

Elektrik avtomobilləri yanacaqla işləyən avtomobillərlə eyni sınaq prosedurlarından keçir. Ağırlıq mərkəzinin aşağıda olması sayəsində əksər elektrik avtomobilləri yolda ənənəvi avtomobillərlə müqayisədə daha sabitdir.

Ən sonuncu, lakin ən vacib cəhət isə onun qənaətcil olmasıdır

İllər keçdikcə daha çox enerjiyə qənaət edən elektrik avtomobilləri istehsal olunur. Bundan əlavə, elektrik avtomobillərinin kütləvi istehsalı investisiya və texniki qulluq baxımından daha ucuz qiymətə başa gəlir.

Artıq öz ehtiyaclarınızı və imkanlarınızı nəzərə alaraq daha yaxşı seçim edə bilərsiniz. Elektrik avtomobilindən istifadəyə keçmək başlanğıcda uzun bir proses kimi görünə bilər, lakin faydaları o qədər çoxdur ki, daha təmiz, daha yaşıl bir planet üçün belə bir dəyişikliyə həqiqətən dəyər.

 

 

Photo by Ernest Ojeh on Unsplash